Menu

Neto rəsmən "Fənərbağça"da

31.08.2017, 22:11
Neto rəsmən "Fənərbağça"da

"Fənərbağça" "Zenit"in futbolçusu Luis Netonun transferini rəsmiləşdirib.

Qol.az-ın İstanbul təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı müdafiəçi bu mövsümün sonuna kimi sözügedən klubda icarə əsasında çıxış edəcək.

"Fənərbağça" portuqaliyalı futbolçunu birdəfəlik transfer etmək istəsə, qarşı tərəfə 3.5 milyon avro ödəyəcəyi iddia edilir.

Qeyd edək ki, L. Neto ötən mövsüm Rusiya klubunun heyətində 35 oyunda 1 qol ötürməsi verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol