Menu

Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub

01.09.2017, 14:12
Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub

Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Rusiyada tutulub.

APA-nın məlumatına görə, Nəsimi rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1975-ci il təvəllüdlü Şamil Səməd oğlu Səmədzadə Rusiya Federasiyası ərazisində saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol