Menu

Nərimanovda evdən qızıl oğurlamaqda şübhəli bilinən şəxslər tutulub

01.09.2017, 16:03
Nərimanovda evdən qızıl oğurlamaqda şübhəli bilinən şəxslər tutulub

Nərimanov rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ və 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də rayon ərazisində evlərin birindəki seyfdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri Fəxri Nərimanlı, əvvəllər məhkum olunmuş Qara Məmmədov və Nurlan Məmmədov tutulublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol