Menu

Brüssel mağazalarında plastik paketlər qadağan edilib

01.09.2017, 17:48
Brüssel mağazalarında plastik paketlər qadağan edilib

Belçikanın paytaxtı Brüsseldə sentyabrın 1-dən etibarən mağazalarda birdəfəlik plastik paketlərin istifadə olunması qadağan edilib.

Trend-in məlumatına görə, bu qadağa paytaxtdakı bütün ticarət sahələrinə şamil edilib.

Yalnız meyvə və tərəvəz üçün plastik paketlərin 2018-ci ilin sentyabrınadək istifadə olunmasına icazə verilib.

Bugünkü qadağadan əvvəl alınmış plastik paketlər noyabrın 30-dək istifadə oluna bilər.

Qeyd edək ki, ötən il Fransanın supermarketlərində plastik paketlərin satışı qadağan edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol