Menu

Dağlıq Qarabağda erməni əsgəri ölüb

01.09.2017, 17:51
Dağlıq Qarabağda erməni əsgəri ölüb

Bu gün Azərbaycanın işğal olunmuş ərazisi - Dağlıq Qarabağda erməni əsgəri ölüb.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, hadisə saat 11:50-də Dağlıq Qarabağın şərqində baş verib.

Mina partlayışı nəticəsində 1998-ci il təvəllüdlü hərbi qulluqçu Ayk Xaçatryan ölüb. Separatçı rejimin “Müdafiə Nazirliyi” faktla bağlı araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol