Braziliyada futbol üzrə XX dünya çempionatında növbəti oyunlar keçirilib.
APA TV-nin məlumatına görə, A qrupunun Kamerun-Braziliya matçında oyun sambaçıların qələbəsi ilə başa çatıb.
İlk qolu oyunun 17-ci dəqiqəsində Neymar vurub. Qarşılaşmanın 26-cı dəqiqəsində Matipin qolu ilə Kamerun yığması hesabı bərabərləşdirib. Oyunda 3-cü qol sevincini isə yenə də Neymar yaşadəb. Braziliyanın xeyrinə 4-cü qolu Fred vurub. Matçın sonlarına yaxın, 84-cü dəqiqədə Braziliya yığması adından Fernandinyo 4-cü qolu vurub.


Şərhlər