Menu

«Polşa Rusiyadan reparasiya tələb etməlidir» - Polşa siyasətçiləri

03.09.2017, 08:51
«Polşa Rusiyadan reparasiya tələb etməlidir» - Polşa siyasətçiləri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşalı siyasətçilər, o cümlədən, ədliyyə nazirinin müavini, «Hüquq və ədalət» partiyasının sədri Patrik Yaki israr edirlər ki, Polşa «Riqa sülhü»nə əsasən, Rusiyadan reparasiya tələb etməlidir.

Riqa müqaviləsi 1921-ci ildə Rusiya Sovet Sosialist Federativ Respublikası (RSFSR) və Polşa arasında imzalanıb. Bu sənədin şərtlərinə görə, Rusiya Polşa tərəfinə 30 milyon rubl qızıl pul ödəməli idi. Amma pullar ödənməyib.

Polşalı siyasətçilər hesab edirlər ki, Rusiya Sovet İttifaqının hüquqi varisi olaraq, Riqa müyqaviləsinin detalları üzərində düşünməlidir, çünki sənəddə göstərilən pullar ödənilməyib.

Bu barədə Polşa radiosu məlumat verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol