AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) indi nüvə başlıqlarının gücünü tənzimləyən texnologiyalara malikdir.
Uğurla həyata keçirilən bugünkü hidrogen bombası sınaqları bunu nümayiş etdirdi. Bu barədə Şimali Koreyanın nüvə tədqiqatları İnstitutunun bəyanatında söhbət açılır.
Xəbər verildiyi kimi, bu gün Pxenyan hidrogen başlığını (bomba - red.) uğurla sınaqdan keçirdiyini elan edib.
Belə başlıqlar qitələrarası ballistik raketlər üçün döyüş başlığı qismində istifadə oluna bilər.


Şərhlər