«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bu gün Çin Xalq Respublikasında (ÇXR) «BRİKS»-in növbəti sammiti öz işinə başlayır.
Sammitdə iştirak edəcək Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putin rəhbərlik edir.
Sammitin keçiriləcəyi Syamen şəhərinə iqtisadi blokun iştirakçılarından başqa, daha 5 ölkənin - Qvineyanın, Meksikanın, Tailandın, Misirin və Tacikistanın liderləri də dəvət olunublar.
Qarşıdakı sammitin məqsəd və vəzifələri barədə Vladimir Putin «BRİKS - strateji həmkarlığın yeni üfüqlərinə doğru» məqaləsində söhbət açılır.
Dövlət başçıları maliyyə arxitekturasının ədalətsizliyi və iqtisadi qarşılıqlı münasibətlərin dərinləşməsi məsələləri barədə fikir mübadiləsi aparacaqlar. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, forumun nəticələri əsasında innovasiyalar sahəsində fəaliyyət planı qəbul oluna bilər.
Koreya yarımadasında yaranmış vəziyyət forumun əsas mövzularından biri olacaq. Moskva, problemin tənzimlənməsi istiqamətində yeni ideyaların meydana çıxacağını istisna etmir.
Sammit bazar ertəsi öz işinə yekun vuracaq.


Şərhlər