Menu

Rusiyadan ABŞ-a son xəbərdarlıq - "Əks təqdirdə..."

03.09.2017, 17:26

abs_rus“ABŞ, Rusiyanın bağlanmış diplomatik obyektlərini dərhal geri qaytarmalıdır”.

“Qafqazinfo” Sputnik-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi San-Fransiskoda Rusiya Baş Konsulluğunun və Vaşinqtonda ticarət nümayəndəliyinin binalarının alınmasını Vaşinqtonun düşmənçilik aktı və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib:

“ABŞ bu tələbi yerinə yetirməyəcəyi təqdirdə qlobal təhlükəsizlikdə mühüm əhəmiyyət daşıyan iki ölkə arasında diplomatik münasibətlərin pozulmasına görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşəcək”.

Qeyd edək ki, ABŞ sentyabrın 2-dək Rusiyanın San Fransiskodakı Baş Konsulluğunu, Vaşinqton və Nyu York şəhərlərindəki konsulluq obyektlərini bağlamağı tələb etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol