Menu

“Qara bazar”da qiymətlər - Rubl bahalaşır

05.09.2017, 10:36
“Qara bazar”da qiymətlər - Rubl bahalaşır

Sentyabr ayının 5-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat təşkil edir.

Avronun “qara bazar” məzənnəsi yenidən dəyişib. Avropa valyutasının alışı 2.03 manatdan 2.00 manata düşüb, satışı isə 2.06 manatdan 2.20 manata qalxıb. Başqa sözlə, avronun satışı 6,7% bahalaşıb.

Hazırda ən diqqət çəkən valyuta Rus rubludur. Rubl ötən həftədən etibarən bahalaşmaqda davam edir. Belə ki, rublun alışı 2.83 qəpikdən 2.80 qəpiyə düşsə də, satışı isə 2.88 qəpikdən 2.90 qəpiyə qədər yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol