Menu

Metroda yenə təşviş yaşandı - Foto

24.06.2014, 10:53
Metroda yenə təşviş yaşandı - Foto

Bu gün “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasında baş verən hadisə sərnişinlər üçün problem yaradıb.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, təşvişə səbəb “Elmlər Akademiyası” stansiyasının birdən-birə eskalatorunun işləməməsi olub. Nəticədə stansiyada dəhşətli sıxlıq yaranıb. Sıxlıq 1 saata yaxın müddətdə davam edib.

Nəticədə 100-lərlə sərnişin stansıyadan çıxmasında çətinlik yaranıb və bu da ciddi narahatlığa səbəb olub.

Hadisə yerinə gələn stansiyanın texniki xidmət personalı eskalatorun xarab olmasının səbəbini belə açıqlayıb: “Ümumiyyətlə, eskalatorun köhnə olması səbəbindən mütəmadi olaraq burada problemlər yaranır və bizdə bu problemin bacardığımız qədər həll etməyə çalışırıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol