AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Çeçenistanın başçısı Ramzan Kadırov Myanmadakı hadisələrə reaksiya verdiyinə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinə təşəkkür edib.
Çeçen lider bu barədə özünün Teleqram-kanalında yazıb. O, qeyd edib ki, Myanma hakimiyyətini ölkədə yaranmış vəziyyəti öz nəzarəti altına almağa çağırdığına görə, Prezidentə təşəkkür edir.
Bununla yanaşı, Kremldən xəbər veriblər ki, bir qədər sonra Myanma hadisələri ilə bağlı Kadırovun fikirlərinə qiymət veriləcək.
Bundan əvvəl Kadırov Myanmada baş verənlərin beynəlxalq səviyyədə araşdırılmasını tələb edib və deyib ki, əgər Rusiya «şeytanları dəstəkləsə», o zaman o, Rusiyanın mövqeyinə qarşı olacaq.
Ötən bazar günü və bazar ertəsi Rusiyanın bir neçə şəhərində eyni vaxtda müsəlmanlar «Müsəlmanların Myanmadakı genosidinə YOX deyirik!» şüarı altında mitinq keçiriblər.
Qroznıdakı tədbirdə Ramzan Kadırov özü çıxış edib. Mitinqdən sonra Çeçenistanın daxili işlər nazirliyinin (DİN) verdiyi xəbərə görə, Qroznı mitinqində 1 milyonlan artıq insan iştirak edib.

Şərhlər