Menu

Ali Məhkəmə Cəmil Həsənlinin qızının kassasiya şikayətini təmin etməyib

06.09.2017, 15:33
Ali Məhkəmə Cəmil Həsənlinin qızının kassasiya şikayətini təmin etməyib

Bu gün Ali Məhkəmədə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin kassasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, G.Həsənlinin kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, G.Həsənli 2014-cü il sentyabrın 19-da “KİA” markalı şəxsi avtomobili ilə yolu keçmək istəyən 86 yaşlı Bakı sakini Adilə Səlimovanı vurub. Hadisə Yasamal rayonu ərazisində baş verib.

2015-ci ilin fevralın 20-də Yasamal Rayon Məhkəməsi G.Həsənlinin 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edilməsi barədə hökm çıxarıb. Daha sonra G.Həsənli apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol