Menu

"Koreya problemini təkcə  təzyiqlərlə həll etmək mümkün deyil" - Putin

06.09.2017, 15:37
"Koreya problemini təkcə  təzyiqlərlə həll etmək mümkün deyil" - Putin

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin bəyan edib ki, Koreya yarımadasında mövcud problemləri təkcə sanksiyalar və təzyiqlər vasitəsilə həll etmək mümkün deyil.

«Emosiyalara qapılmaq və Şimali Koreyanı küncə qısnamaq lazım deyil» - deyə, Putin Cənubi Koreya lideri Mun Ce İnlə danışıqlardan sonra bildirib.

Danışıqlar zamanı Putin təsdiqləyib ki, Rusiya Şimali Koreyanın nüvə statusunu tanımır.

Rusiya Prezidenti əlavə edib ki, Pxenyanın nüvə-raket proqramı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrini kobud surətdə pozur və Şimal-Şərqi Asiyada təhlükəsizliyə təhdid yaradır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol