Menu

Kiyevdə sürücülər aksiya keçirir – “Prezident zəmanət verməsə...”  + FOTO

06.09.2017, 18:10
Kiyevdə sürücülər aksiya keçirir – “Prezident zəmanət verməsə...”  + FOTO

Kiyevdə Avropa dövlətlərinin nömrə nişanları olan avtomobillərin sahibləri yol hərəkətini iflic vəziyyətinə salacaq aksiyaya başlayıblar.

BakuPost.az xəbər verir ki, aksiya iştirakçıları Ukraynaya gətirilən avtomobillər üçün ildə bir dəfə ödəniş edərək, gömrük rüsumlarından azad olmaq haqqında qanunun qəbul edilməsini tələb edir. "Mənfi cavab eşitdiyimiz halda qeyri-müəyyən vaxta qədər burada qalacağıq. Bura gələn hər kəs işdən icazə alıb və nəticə əldə etmək istəyir. Nəticə isə Nazirlər Kabineti ilə yaranan vəziyyətin nizamlanmasına dair memorandumun imzalanması ola bilər”, - bunu "Avtoevrosila” təşkilatının rəhbəri Oleq Yaroşeviç bildirib.

"Biz, hökumət tərəfindən qanun layihəsinin hazırlanmasını, prezidentdən zəmanət, eləcə də Avropa nömrə nişanlı avtomobillərin sahiblərinə təzyiqin edilməyəcəyinə dair zəmanət tələb edirik. Qanun layihəsində avtomobil üçün ya vahid gömrük rüsumu, ya da ƏDV və rüsum qalmalıdır. Ölkənin siyasi-sosial vəziyyətini nəzərə alsaq, büdcəni artırmaq lazımdır. Amma dövlət bizi də nəzərə almalıdır” - Yaroşeviç deyib.

Ukraynanın Fiksal Xidmətinin məlumatına görə, 2015-2017-ci illərdə kommersiya və şəxsi istifadə üçün ölkəyə gətirilən xarici qeydiyyatlı tranzit və müvəqqəti giriş rejimində olan 63,9 mindən çox nəqliyyat vasitəsinin hazırda ölkə ərazisində olması qanunsuzdur. Belə ki, həmin nəqliyyat vasitələrinin Ukrayna ərazisində qalması üçün verilən icazənin müddəti çoxdan bitib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol