Menu

Yaşar Vahabzadə istefa verib – AFFA-dan açıqlama

06.09.2017, 20:24
Yaşar Vahabzadə istefa verib – AFFA-dan açıqlama

Baş məşqçinin müqaviləsinə xitam verilib.

AFFA-dan bildirilib ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş İsrail – Azərbaycan və Azərbaycan – İrlandiya oyunları ilə bağlı bu gün yığmamızın baş məşqçisi Yaşar Vahabzadə AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib.

Hesabat dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadənin Azərbaycan U-21 yığmasının baş məşqçisi kimi müqaviləsinə xitam verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol