Menu

Bakıda mənzildən 63 yaşlı kişinin meyiti tapılıb

07.09.2017, 00:22
Bakıda mənzildən 63 yaşlı kişinin meyiti tapılıb

Bakıda mənzildən 63 yaşlı kişinin meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1954-cü il təvəllüdlü İşirxanov Zaur Tofiq oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol