Menu

Tovuzda 20-yə yaxın insan zəhərlənib

07.09.2017, 22:53
Tovuzda 20-yə yaxın insan zəhərlənib

Tovuz rayonunda kütləvi zəhərlənmə olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə "Turan" şadlıq sarayında keçirilən mərasimdə qeydə alınıb.

İlkin məlumata görə, təxminən 20 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara tibbi yardım göstərilib.

Zərərçəkənlərin nədən zəhərləndikləri məlum deyil. Faktla bağlı araşdırlmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol