Menu

Nazirlik Tovuzdakı kütləvi zəhərlənmənin səbəbini açıqladı

08.09.2017, 14:23

2015-06-01-17-48-59sehiyye-nazirliyi-640Səhiyyə Nazirliyi Tovuzda baş verən kütləvi zəhərlənməyə aydınlıq gətirib.Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov APA-ya deyib ki, hadisə ilə bağlı onlara məlumat verilib, fakt araşdırılır.

“Bütün qida məhsullarından nümunələr götürülüb və yoxlanılır. Hadisə nəticəsində 39 nəfər xəstəxanaya müraciət edib və onlardan 8-i uşaqdır. Lazımi tibbi yardımdan sonra onların hamısı evə buraxılıb. İlkin ehtimallara görə, zəhərlənməyə səbəb ev şəraitində hazırlanan yeməklər və salatlar olub".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol