Menu

Ağstafada toydan çıxan gənclər arasında kütləvi dava

10.09.2017, 13:28
Ağstafada toydan çıxan gənclər arasında kütləvi dava

Ağstafada toydan çıxan bir qrup şəxs arasında söyüş üstündə kütləvi dava olub.

"Report" xəbər verir ki, hadisə rayonun Qırlı kəndində baş verib.

Dava kənddə keçirilən toy mərasimindən çıxmış bir qrup şəxs arasında dava düşüb. Nəticədə söyüş söyən şəxs, Qırlı kənd sakini, 1982-ci il təvəllüdlü Ramin İsrafil oğlu Məmmədov möhkəm döyülüb və burnu sındırılıb. Yaralı xəstəxanaya yerləşdirilib və hazırda həkimlər tərəfindən əməliyyat edilərək Travmatologiya şöbəsində müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol