Xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin prezidentlikdən sonra məcburən 4 il 4 ay yaşadığı evi ziyarət edib.
"AzPolitika.info" xəbər verir ki, bu barədə S. Rüstəmxanlı Facebook səhifəsində yazıb: "Bu gün Kələkidə rəhmətlik Elçibəyin evini ziyarət etdim, ailəsinə baş çəkdim. Balaca otağa ötəri bir nəzər salmaq yetərlidir ki, burda doğulub böyümüş, burda ağır günlər keçirmiş dəyərli insanın, əziz dostumuzun böyük ruhunu hiss edib, onun milli ideallarının və vətən sevgisinin necə hüdudsuz bir genişliyə qanad açdıgını hiss edəsən”.












Şərhlər