Menu

Sevgilisini və atasını öldürüb, meyitlərini yol qırağına atdı - Abşeronda dəhşət 

11.09.2017, 10:48
Sevgilisini və atasını öldürüb, meyitlərini yol qırağına atdı - Abşeronda dəhşət 

Abşeronda dəhşətli qətl törədilib.

"AzPolitika" xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin S. Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olan Sahib Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol