Menu

Vasif Talıbov Mərkəzi Bankın Naxçıvan MR İdarəsinə sədr təyin edib

11.09.2017, 22:41
Vasif Talıbov Mərkəzi Bankın Naxçıvan MR İdarəsinə sədr təyin edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 11 sentyabr tarixli fərmanı ilə Elvin Malik oğlu Axundov Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib.

"Report" xəbər verir ki, fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elvin Malik oğlu Axundov Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilsin”.

Elvin Axundov bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol