Menu

Bakıda piyadanı vuran sürücü əməlini ört-basdır etmək üçün maşını gizlədib

14.09.2017, 10:35
Bakıda piyadanı vuran sürücü əməlini ört-basdır etmək üçün maşını gizlədib

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, Zabrat qəsəbsində yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Yaxşı Əliyevanı "Mercedes" markalı avtomobil vurub.

Hadisəni törədən sürücü Əsgər Zeynalov maşını yaxınlıqda gizlədərək qadını taksi vasitəsilə xəstəxanaya aparıb. Lakin hadisə haqqında polisə məlumat verildikdən sonra məlum olub ki, Ə.Zeynalov törətdiyi yol-nəqliyyat hadisəsini gizlətmək istəyib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil tapılaraq cərimə meydançasına yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol