Menu

İŞİD-in Rəqqadakı əmiri təslim olub

14.09.2017, 21:35
İŞİD-in Rəqqadakı əmiri təslim olub

Suriyanın Rəqqa şəhəri ətrafında İŞİD-in bu şəhər üzrə hərbi əmiri 4 silahlı ilə “Suriya Demokratik Qüvvələri” adlandırılan qüvvələrə təslim olublar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi Rayan Dilon bildirib.

Qeyd edək ki, hazırda İŞİD-in bir müddət “paytaxt”ı hesab edilən Rəqqa şəhərinin azad edilməsi uğrunda döyüşlər davam edir.

Şəhərə humanitar yardımların çatdırılması xeyli çətinləşib. Hazırda döyüşlər Rəqqanın tarixi mərkəzi hesab olunan hissəsində gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol