Braziliyada futbol üzrə XX dünya çempionatında D qrupunun oyunları sona çatdı.
İngilislərlə heç-heçəyə razılaşan Kosta-Rika 7 xalla 1-ci, İtaliyanı 1-0 hesabı ilə məğlub edən Uruqvay isə 6 xalla ikinci yeri tutaraq növbəti mərhələyə vəsiqə qazandılar.
Avropanın iki nəhəng millisi hesab edilən İtaliya ilə İngiltərə isə evlərinə yollandı. Onlar üçün Braziliya-2014 bitmiş hesab olundu.



Şərhlər