Menu

Kürdə on gün əvvəl batmış 6 yaşlı oğlanın meyiti tapılıb

15.09.2017, 16:16
Kürdə on gün əvvəl batmış 6 yaşlı oğlanın meyiti tapılıb

On gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, sentyabrın 6-da Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 2011-ci il təvəllüdlü Hətəmzadə Orxan Fəxrəddin oğlunun axtarışları başa çatıb.

O.Hətəmzadənin cəsədi sentyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol