Menu

KXDR ilə xoşluqla danışmaq mümkün deyil - Cənubi Koreya

15.09.2017, 19:24
KXDR ilə xoşluqla danışmaq mümkün deyil - Cənubi Koreya

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Koreyanın prezidenti Çje İn Mun bəyan edib ki, indiki halda Pxenyanın provakasiyaları səbəbilə, Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə dialoq qeyri-mümkündür. Onun fikrincə, vəziyyəti ancaq sanksiyalar dəyişə bilər.

«Renxap» agentliyinin verdiyi xəbərə görə, Mun onu da qeyd edib ki, təcavüzə cavab olaraq, Cənubi Koreya ordusu «KXDR-ı məhv etməyə hazırdır. Bununla yanaşı Seul özünün müdafiə qabiliyyətini artırmaqda davam edəcək».

«Beynəlxalq sanksiyalar KXDR-a təzyiqi artıracaq və gerçək dialoqa keçməkdən başqa ona digər çıxış yolu qoymayacaq» - deyə, Cənubi Koreya lideri əlavə edib.

Bundan əvvəl Çje İn Mun Seulla Pxenyan arasında sülh dialoqu qurmaq təşəbbüsü ilə çıxış etmişdi.

Cümə axşamından cümə gününə keçən gecə Şimali Koreya Yaponiya istiqamətində raket atışı həyata keçirib. Cənubi Koreya gecikmədən buna ballistik raket atışı ilə cavab verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol