Menu

Serbiya Avropa İttifaqına daxil olmağı özünün prioriteti elan edib

15.09.2017, 20:08
Serbiya Avropa İttifaqına daxil olmağı özünün prioriteti elan edib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Serbiya Avropa İttifaqına (Aİ) daxil olmağı özünün prioriteti elan edib. Serbiyanın Prezidenti Aleksandr Vuçiç bəyan edib ki, ölkənin başlıcı prioritetlərindən biri də Avropaya inteqrasiyadr. Onun sözlərinə görə, vacib məqsədlərdən biri də ölkəsinin Avroittifaqın tamhüquqlu üzvü olmasıdır.

«Biz hesab edirik ki, Qərbi Balkanların Avropa İttifaqına qoşulmadığı halda, ümumi iqtisadi və siyasi mühit tam formalaşmayacaq» - deyə, Serbiya lideri bəyan edib.

Ötən həftə Makedoniyanın xarici işlər naziri də bəyan edib ki, ölkəsi ilyarımdan gec olmayaraq, Avropa İttifaqına daxil olmaq üçün danışıqlara başlanacağına ümid edir.

Avropa İttifaqına daxil olmaq üçün digər namizədlər isə Albaniya, Çernoqoriya və Türkiyədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol