AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bu yaxınlarda Rumıniya sərhədində ukraynalı saxlanıb. O, Dunay çaıyını üzüb keçib və sərhədçilərə izah edib ki, qonşu ölkədə iş tapmaq istəyib.
Rumıniya sahil mühafizəsi xəbər verir ki, 29 yaşlı kişi Podul Roşu Siryas (Tulça uyezdi) rayonunda, çayın sahili ilə gedərkən saxlanıb. Onun əlində bir paket, paketin içində isə paltarları olub.
İstintaq hərəkətləri aparmaq məqsədilə, saxlanılan şəxs Ukrayna hakimiyyət orqanlarına təhvil verilib. O, dövlət sərhədini qeyri-qanuni keçməkdə ittiham olunur.


Şərhlər