Menu

“Bizdə “bombaların atası” sayılacaq bomba var” - İranlı general

16.09.2017, 18:30
“Bizdə “bombaların atası” sayılacaq bomba var” - İranlı general

"İranın öz istehsalı olan 10 tonluq bombası var".

“Report” İRİB-ə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyasının Hərbi-Kosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə bildirib.

“Hərbi-Kosmik Qüvvələrinin sifarişi əsasında müdafiə sənayesi təxminən 10 tonluq bomba hazırlayıb. Bunu “İlyuşşin” təyyarəsi ilə atmaq mümkündür. Bu bomba çox böyük dağıdıcı qüvvəyə malikdir. Əgər ABŞ-ın “bombaların anası varsa, bizim də “bombaların atası” varımızdır””, - deyə general bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol