Menu

Gəncədə 9-cu sinif şagirdi özünü asıb

17.09.2017, 12:45
Gəncədə 9-cu sinif şagirdi özünü asıb

Gəncə şəhərində intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Gəncə şəhər sakini, 2002-ci il təvəllüdü Qəmbərli Gülçin Arzu qızı özünü evdə asaraq intihar edib.

9-cu sinif şagirdinin hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol