AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Birləşmiş Ştatların lideri Donald Trampla görüşmək üçün Nyu Yorka yola düşür.
Bu görüşdən başqa, çərşənbə axşamı Ərdoğan Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin (BMT BM) növbəti sesiyasında çıxış etməyi planlaşdırır. Çıxışın əsas mövzusu Myanmadakı vəziyyət olacaq.
Artıq xəbər verildiyi kimi, avqustun sonunda Myanmada bir neçə min müsəlman-rohincə qətlə yetirilib.
Türkiyə liderinin səfərinin sentyabrın 22-ə qədər davam edəcəyi gözlənilir.


Şərhlər