Menu

"Mən Stalinə oxşayıram" - Maduro

18.09.2017, 10:02

Venezuela's presidential candidate Nicolas Maduro sings during a campaign rally in CaracasVenesuela prezidenti Nikolas Maduro hesab edir ki, onunla İosif Stalin arasında oxşarlıq var. Trend-in məlumatına görə, o, belə bir fikirlə yerli "Venezolana de Televisión" telekanalında "Maduro ilə bazar günü" verilişinin efirində çıxış edib.

Venesuela prezidenti deyib: "Elə adamlar var ki, məni Karibin Stalini hesab edirlər. Və mən ona oxşayıram. Bir mənə profildən baxın".

Daha sonra o, əlavə edib: "Bəzən güzgüdə özümə baxır və özümü Stalinə oxşadıram".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol