Menu

Göyçaylı ana Fərhad Əhmədovdan kömək istəyir - "Oğlumun ölməsinə imkan verməyin"

18.09.2017, 14:16
Göyçaylı ana Fərhad Əhmədovdan kömək istəyir - "Oğlumun ölməsinə imkan verməyin"

Göyçay rayonu Çərəkə kənd sakini Abdullayeva Familə Əhməd qızı oğlunu xilas etmək üçün "AzPolitika.info"saytı vasitəsilə imkanlı şəxslərə və göyçaylı iş adamı Fərhad Əhmədova müraciət edib. Onun müraciətini olduğu kimi dərc ediik:

"Bir ağbirçək ana olaraq balamın gözümün qarşısında imkansızlıqdan məhv olmasına dözə bilməyib, mətbuat vasitəsi ilə imkanlı şəxslərə müraciət edirəm. Mənim övladım 37 yaşlı Abdullayev Pünhan Rəsul oğlu qaraciyərin serrozu xəstəliyindən əziyyət çəkir. Hazırda ağır xəstə olaraq yataqdadır. Həkmlərin müalicəsi artıq təsir etmir.

Türkiyədən gəlmiş həkim müayinə edib təcili qaraciyər köçürülməsi olmasa öləcəyini bildirib. Buna isə 60.000 (altmış min) manat pul lazımdır ki, digər oğlumun qaraciyərinin bir hissəsini Pünhana köçürsünlər.

Xəstə övladım Pünhanda varkoz damar genişlənməsi olduğu üçün ona sistemlər də qoymaq mümkün deyil. Bu zaman onda qanaxma baş verir. Pünhanın iki azyaşlı övladı var .Bu bir ildə onun həyatda qalması üçün küllü miqdarda pul xərcləmişik. Evimizin əşyalarını satmışıq, banklardan kredit götürmüşük, borc etmişik. Hazırda quru çörək almağa belə imkanımız qalmayıb. Ancaq mən ana kimi aclıqa dözə bilərəm, balamın gözümün qarşısında ölməsinə dözə bilmərəm.

FerhaD-350Əlimizi hər yerdən üzsək də, O bir olan Allaha və mərhəmətli insanlara böyük ümüd edirik. El-obadan eşitmişəm ki, həmyerlimiz göyçaylı iş adamı Fərhad Əhmədov Göyçayda çoxlu sayda imkansız, xəstə və əlil insanlara köməkliklər edib, onları sevindirib.

Buna görə mən Fərhad Əhmədova ərizə ilə müraciət etmişəm. Həmin ərizəni onun rəhbəri olduğu Göyçay rayonunda yerləşən "Aznar" ASC-yə göndərmişəm. Ümüd edirəm ki, hörmətli Fərhad müəllim bir ağ birçək ananıda sevindirəcək.

Mən mətbuat vasitəsi ilə həmyerlimiz Fərhad Əhmədovdan çox-çox xahiş edirəm, yalvarıram xəstə oğlum Pünhanın müalicə olunmasına yaxından köməklik edəsiniz. Allahdan Sizə uzun ömür, möhkəm can sağlığı və işlərinizdə daima uğurlar arzulayıram. Allah Sizi qorusun.

Abdullayeva Familə Əhməd qızı

Əlaqə telefonu; (051) 891-39-80

Azərbaycan Beynəlxalq Bankı Göyçay filialı

Bankın kodu 805294

Vöen 9900001881

M/h AZ03NABZ01350100000000002944

Svift İ B A Z A Z 2X

Müştərinin adı Abdullayev Kamran Rasul oğlu

Hesab nömrəsi AZ32lBAZ33801019446024988256"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol