Azərbaycanda əhali tərəfindən ən çox istifadə olunan dərman vasitələri və tibbi məhlullar məlum olub.
Trend-in apardığı araşdırmaya əsasən, əhalinin apteklərdən daha çox aldığı dərmanlar əsasən bu cür təsnif oluna bilər: ürək-damar sistemi xəstəlikləri ilə bağlı dərmanlar, ağrıkəsicilər, soyuqdəyməyə qarşı dərmanlar (xüsusən uşaqlar üçün).
Dərman idxalı və satışı ilə məşğul olan mənbədən Trend-in apteklərdən daha çox alınan dərmanlarla bağlı sorğusuna cavab olaraq təqdim olunmuş siyahı isə aşağıdakı kimidir:
| N | Dərmanların adları |
| 1 | Sitramon (həblər) |
| 2 | Tetratsiklin (həblər) |
| 3 | Yod 5% 10 ml (Spirtli məhlul) |
| 4 | Tseftriakson 1 qr (Ampula) |
| 5 | Valerian ekstrakt 20 mq № 50 (Həblər) |
| 6 | Bitsillin-5 1 500 000 ЕД № 1 (Ampula) |
| 7 | Natri xlorid 0,9% 200 ml (Məhlul) |
| 8 | Flukonazol 150 mq № 1 (Kapsullar) |
| 9 | Ampitsillin 1 qr (Ampula) |
| 10 | Uqol aktiv № 10 (Həblər) |
| 11 | Ringer (polipropilen) 500 ml (Məhlul) |
| 12 | Perekis 3% 100 мл (Məhlul) |
| 13 | Spazmalqon № 20 (Həblər) |
| 14 | Omeprazol 20 mq № 10 (Kapsullar) |
| 15 | Analqin 0,5 гр № 10 (Таблетки) |
| 16 | Vitamin С 5% 2 ml № 10 (Ampula) |
| 17 | Metronidazol 0,5% 100 ml (Məhlul) |
| 18 | Tibbi spirt 95% 100 ml (Məhlul) |
| 19 | Kaltsi qlükonat 0,5 qr № 10 (Həblər) |
| 20 | Qlükoza 5% 200 ml (Məhlul) |
Qeyd edək ki, bundan başqa əhali tərəfindən apteklərdən daha çox alınan tibbi məhsullar sırasına şprislər, pambıq və tibbi tənzif daxildir.


Şərhlər