Menu

AŞPA prezidenti yenidən Bakıya gəlir

25.06.2014, 11:10
AŞPA prezidenti yenidən Bakıya gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Ann Brassör yenidən Azərbaycana səfər edəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ann Brassör özünün tvitter hesabında məlumat verib:

“Problemləri inkar edərək onların qarşısını almaq olmaz. Biz həll edilməsi lazım olan problemlər barədə açıq və səmimi dialoqlarımızı davam etdirməliyik. Mən bəzi məhkumlarla görüşmək üçün yenidən Azərbaycana qayıdacam”.

Xatırladaq ki, AŞPA sədri bu ilin mayın 22-də Azərbaycanda rəsmi səfərdə olmuşdu. Səfərdə məqsəd mayın 23-də AŞPA-nın Bakıda keçiriləcək Daimi Komitəsinin iclasında iştirak etmək olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol