Menu

İspaniya Şimali Koreya səfirini "arzuolunmaz şəxs" elan edib

19.09.2017, 00:30
İspaniya Şimali Koreya səfirini "arzuolunmaz şəxs" elan edib

İspaniya Koreya Xalq Demokratik Respublikasının Madriddəki səfirini "arzuolunmaz şəxs" elan edib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Buna KXDR-in ballistik raket və nüvə silahları sınaqdan keçirməsi səbəb olub.

XİN baş verənlərin dünya və beynəlxalq təhlükəsizlik üçün təhlükəli olduğu bəyan edib.

Pxenyan səfirnin səlahiyyət müddəti sentyabrın 30-da başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol