Menu

Sovet əsgərlərinin memorial qəbristanlığı təhqir olunub - Varşavada

19.09.2017, 18:06

Polsa11«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşanın paytaxtı Varşava şəhərində naməlum şəxslər sovet əsgərlərinin memorial qəbristanlığını təhqir ediblər.

Onlar, kompleksin müxtəlif elementləri üzərində bu sözləri yazıblar: «Xalq düşmənlərinə ölüm!», «Xainlər!», «Bizim ölkəmizdən rədd olun!».

Sözügedən qəbristanlıqda Polşanın azad olunması əməliyyatlarında həlak olmuş 20 nəfərdən artıq sovet əsgəri dəfn olunub.

Kompleksin baş xiyabanı hündürlüyü 15 metr olan qranit lövhəyə doğru aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol