İran bir neçə döyüş başlığını daşıya biləcək 2 min kilometr uçuş məsafəsinə malik ballistik raketini nümayiş etdirib. Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, "Khorramshahr" adlı raket Tehranda keçirilmiş hərbi parad zamanı nümayiş olunub.
Tədbirdə ölkə prezidenti Həsən Ruhani və İran ordusunun yüksək rütbəli zabitləri iştirak ediblər.
Qeyd edək ki, İran prezidenti bir qədər əvvəl ölkənin raket kompleksinin imkanlarını gücləndirmək fikrində olduğunu demişdi: "Biz hərbi imkanlarımızı genişləndirmək niyyətindəyik. Biz raket potensialını gücləndirəcəyik. Vətənimizi qorumaq üçün bizə kiminsə icazəsi lazım deyil”.


Şərhlər