Menu

Ədalət Partiyasına sürpriz transfer

05.10.2013, 21:58

Demokratik düşərgənin tanınmış simalarından olan İlham Hüseyn Ədalət Partiyasına üzv olub. Partiyanın Siyasi Şurasının bu gün keçirilən növbəti iclasının qərarıyla İlham Hüseyn bundan sonra partiyanın Siyasi Şurasında təmsil olunacaq.

Qeyd edək ki,İlham Hüseyn Cabbar oğlu milli-azadlıq hərəkatında yaxından iştirak etmiş, Elçibəy hakimiyyəti zamanında Zəngilanın icra hakimi vəzifəsini daşımışdı. İcra hakimi işlədiyi dövrlərdə yaratdığı könüllü müdafiə batalyonu ilə uğurlu hərbi əməliyyatlar keçirmiş İlham bəy, təkcə öz rayonunun ərazisini qorumaqla qalmamış, hətta Ermənistan ərazilərinin alınmasına bir başa rəhbərlik etmişdir. Onun yaratdığı müdafiə batalyonunun Qafan rayonunun 12 kəndini alması, xeyli erməni hərbi birləşmələrini tərk-silah etməsi Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfinin ən böyük qələbələrindən biri kimi tanınırdı. Lakin daha sonra yerli hakimiyyət və xarici dövlətlərin basqıları onun başlatdığı düşmənə qarşı düşmənin sərhədlərində döyüşmək və tarixi Azərbaycan torpaqlarını işğaldan azad etmək planının dayandırılmasıyla nəticələnmişdir.

İxtisasca ali dərəcəli həkim olan İlham Hüseyn həm də Milli Şuranın üzvü və “El” Hərəkatının liderlərindən olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol