«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər naziri Birləşmiş Millətlər Təşkilatında (BMT) çıxış edərək deyib ki, Amerika Birləşmiş Ştatlarına (ABŞ) zərbə endirmək qaçılmazdır.
ABŞ Prezidenti Donald Trampın «təhqirləri»nə Pxenyan belə cavab verib. Bundan əvvəl, Tramp KXDR lideri Kim Çen Inı «raket-adam» adlandırıb və Şimali Koreyanı tamamilə məhv edəcəyi ilə hədələyib.
BMT Baş Məclisinin ümumi-siyasi diskusiyalarında Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo bəyan edib ki, KXDR-nın raketləri ABŞ-a tuşlanıb («Röyter»).
«Əgər özünəqəsd hücumunun gedişində ABŞ-da günahsız insanlar məhv olacaqsa, buna görə, Tramp tam məsuliyyət daşıyacaq» - deyə, Li Yon Xo bəyan edib.
Maraqlıdır ki, Li Yon Xonun çıxışı ABŞ-ın strateji bombardmançı təyyarələri KXDR-nın dəniz sərhədləri üzərindən uçuş həyata keçirəndən bir neçə saat sonraya təsadüf edib. Pentaqonun nümayəndəsi Dana Uayt deyib ki, Qamdakı bazadan havaya qalxan B-1B Lancer və F-15 təyyarələrinin KXDR-nın sərhədləri üzərindən uçması onun göstəricisidir ki, biz onların ağılsız davranışını nə qədər ciddi qəbul edirik.


Şərhlər