Menu

FHN Zaqataladakı yanğınla bağlı məlumat yayıb

24.09.2017, 23:07
FHN Zaqataladakı yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatala rayonunda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb.

"AzPolitika"nın nazirliyin saytına istinadla verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Zaqatala rayonunun Yuxarı Tala və Muxax kəndləri yaxınlığında çətin keçilən dağlıq ərazidə kol-kos,quru ot və qurumuş ağacların qalıqları yanır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin canlı qüvvəsi və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğınsöndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol