Menu

Bağdad iraqlıları Kürdüstan «təhlükəsi»ndən qoruyacağını bəyan edib

25.09.2017, 21:13
Bağdad iraqlıları Kürdüstan «təhlükəsi»ndən qoruyacağını bəyan edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraqın Baş naziri Haydar əl-Əbadi İraq Kürdüstanı muxtariyyətindəki rayonlarda ölkə vətəndaşlarını təhdid və məcburetmələrdən qorumaq üçün güc strukturlarına tapşırıq verib. Xəbəri Baş nazirin mətbuat xidməti yayıb.

Bu gün İraq Kürdüstanında İraqdan ayrılma referendumu keçirilib. Bağdad bunu ölkə konstitusiyasının pozulması adlandırıb, buna qarşı ölkənin parlamenti və Ali məhkəməsi səs verib.

Əl-Əbadi byəan edib ki, İraq hakimiyyəti ödkənin bütövlüyünün saxlanması istiamətində bütün addımlara hazırdır, o cümlədən, hərbi müdaxiləyə də - əgər referendum zorakılığa gətirib çıxararsa.

Rəsmi Bağdad xarici dövlətlərdən tələb edib ki, İraq Kürdüstanındakı bütün sərhəd-keçidlərini mərkəzi İraq hakimiyyətinin nəzarətinə versinlər və bütün neft sövdələrini yalnız İraq hakimiyyəti ilə aparsınlar.

Səsvermə həm Kürdüstan muxtariyyəti ərazilərində, həm də İ.ID adlandırılan qruplaşma ilə mübarizənin gedişində peşmərgənin nəzarəti altına keçmiş ərazilərdə, o cümlədən, Kərkükdə keçirilib.

Kütdustan muxtariyyətindən bəyan ediblər ki, onlar istənilən hücumun qarşısını almağa hazırdırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol