Menu

3 uşaq anası intihar etdi

26.09.2017, 13:15
3 uşaq anası intihar etdi

Biləsuvar rayonunda 53 yaşlı 3 uşaq anası intihar edib.

"Report"un Aran bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar şəhər, Çingiz İldırım küçəsində baş verib.

Belə ki, həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü Safura Əzimova həyətyanı sahəsindəki üzüm tənəyindən özünü asaraq intihar edib. İntiharın səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol