Menu

Rusiyada karantin elan olundu - Səbəb Afrika taunu

26.09.2017, 15:10
Rusiyada karantin elan olundu - Səbəb Afrika taunu

Rusiyanın Saratov, Nijni Novqorod və Volqoqrad vilayətlərində donuzlarda Afrika taunu aşkar edilib.

Trend-in məlumatına görə, xəstəliyin qeydə alındığı ferma və təsərrüfatlarda karantin elan olunub.

Xəstəliyə yoluxan heyvanların sayı hələlik açıqlanmayıb.

Məlumatda qeyd olunur ki, xəstəliyin ferma ərazisinə düşməsi, heyvanların xəstələnməsi faktı epidomoloji cəhətdən araşdırılacaq.

Qeyd edək ki, bir müddət öncə eyni hal Estoniyada heyvan təsərrüfatlarından birində qeydə alınmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol