Ukraynanın Donestk vilayətində separatçıların ordunun blokpostlarını atəşə tutması nəticəsində 10 hərbçi yaralanıb. Musavat.com-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Donestkdəki antiterror əməliyyatının mətbuat katibi Alesey Dmitraşkovski deyib.
Onun sözlərinə görə, Dibrovka kəndində iki tankdan desantlar atəşə tutulub, 6 nəfər yaralanıb. Krasnıy Liman (Qırmızı Liman) rayonunda isə post minatanlardan atəşə tutulub. Nəticədə 4 nəfər yaralanıb.
Slavyansk yaxınlığında da separatçılar postlardan birini atəşə tutublar. Bu dəfə ölən və yaralanan olmayıb.


Şərhlər