Avropa Birliyi İraq Kürd Muxtariyyətində müstəqillik referendumunun keçirilməsindən təəssüflənir.Axar.az xəbər verir ki, bu barədə bəyanatı Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti Komissarlığı yayıb. Bəyanatda AB-nin İraqın ərazi bütövlüyünü dəstəklədiyi bildirilib:“Biz dəfələrlə birtərəfli qaydada referendumun keçirilməsindən imtina etməklə bağlı çağırışlar etmişik. AB təəssüf edir ki, bu çağırışlar eşidilməyib”.
Qeyd edək ki, İraq Kürd Muxtariyyətində müstəqillik referendumu ötən gün keçirilib.

Şərhlər