Menu

Türkiyə və Rusiya Prezidentləri bu gün Ankarada görüşürlər

28.09.2017, 11:28
Türkiyə və Rusiya Prezidentləri bu gün Ankarada görüşürlər

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, bu gün Türkiyə və Rusiya prezidentləri Ankarada danışıqlara başlayacaqlar.

Kremdə təsdiqləyiblər ki, iki ölkənin liderləri regional və ikitərəfli gündəliyi müzakirə edəcəklər.

Rəcəb Tayyip Ərdoğanla Vladimir Putinin görüşünün başlıca mövzusu gözlənildiyi kimi, Suriya məsələsi olacaq. Həftənin əvvəlində prezidentlər telefon əlaqəsinə giriblər. Onlar Suriyadakı 4 təhlükəsizlik zonasının işini müzakirə edərək, bu istiqamətdə səylərin gələcək koordinasiyasının əhəmiyyətini önə çəkiblər. Elə həmin danışıqda da onlar Ankarada görüşmək barədə razılığa gəliblər.

Ötən həftə Ərdoğan deyib ki, Rusiya və Türkiyə Suriyanın İdlib əyalətindəki təhlükəsizlik zonasında təhlükəsizliyin birgə təmin edilməsi barədə saziş bağlayıblar. Bu barədə «Kommersant» qəzeti xəbər verib.

Türkiyə lideri onu da əlavə edib ki, Putinlə görüşdə terrorçuların tamamilə məhv edilməsi və sülhün bərqərar olması məsələsində əlavə addımların atılmasını da müzakirə edəcək.

Suriya məsələsindən başqa, tərəflər birgə layihələri də müzakirə edəcəklər. Bunların sırasında «Türk axını» layihəsinin reallaşdırılması məsələsi də var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol